Ərdoğanla Putin arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

1805859
Ərdoğanla Putin arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Türkiye Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Rusiya və Ukrayna müzakirə heyətlərinin çərşənbə axşamı İstanbulda keçirilən görüşü müzakirə olunub.

Prezident Ərdoğan telefon söhbətində Rusiya-Ukrayna nümayəndə heyətlərinin İstanbulda müsbət və konstruktiv görüşünün sülhə olan ümidləri artırdığını bildirib.

Tərəflərin sağlam düşüncə ilə hərəkət etməsinin və dialoqun davam etdirilməsinin vacib olduğunu deyən prezident Ərdoğan, Rusiya prezidenti Putin və Ukrayna prezidenti Vladimir Zelenskini bir araya gətirərək sülh səylərini taclandırmaq istədiklərini dilə gətirib.

Rusiya prezidenti Putin də Rusiya-Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünə ev sahibliyi etdiyi üçün prezident Ərdoğana təşəkkür edib.



Әlaqәli Xәbәrlәr