MMN: Ukraynada qalan təyyarələr və minalarla bağlı danıqışlar davam edir

Milli Müdafiə Nazirliyi (MMN) Borispol hava limanında gözləyən Türkiyeyə məxsus iki təyyarənin təhlükəsizliyi və təxliyəsi ilə bağlı həm Rusiya, həm də Ukrayna ilə təmasların davam etdiyini bildirib.

1805652
MMN: Ukraynada qalan təyyarələr və minalarla bağlı danıqışlar davam edir

Milli Müdafiə Nazirliyi (MMN) Ukraynanın paytaxtı Kiyevdəki Borispol hava limanında gözləyən Türkiyeyə məxsus iki "A400M" təyyarəsinin təhlükəsizliyi və təxliyəsi ilə bağlı həm Rusiya, həm də Ukrayna ilə təmasların davam etdiyini bildirib.

Milli Müdafiə Nazirliyinin həmin mövzuyla bağlı məlumatlandırma toplantısında Rusiya ilə Ukrayna arasında həm regionun, həm də dünyanın təhlükəsizliyinə ciddi təhdid yaradan hadisələrin yaxından izləndiyi bildirilib:

“Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüquqa zidd olan bu vəziyyətin diplomatik yolla həllinə çağırışımızı təkrarlayırıq və bir daha vurğulayırıq ki, daha çox insan tələfatının qarşısını almaq və atəşkəs elan etmək vacibdir”. 

Humanitar yardım və Türkiye vətəndaşlarının təxliyyəsi üçün Ukraynaya göndərilən iki "A400M" nəqliyyat təyyarəsinin, baş verən hadisələrə görə qüllələr və hava məkanı bağlandıqdan sonra Borispol hava limanında təxliyyə gözlədiyi xatırladaraq,

“Biz həm Rusiya, həm də Ukrayna ilə təyyarələrin təhlükəsizliyi və təxliyəsi ilə bağlı təmaslarımızı davam etdiririk” deyilib. 

Mina təhlükəsinə qarşı isə, Rumıniya və Bolqarıstanla birgə müvafiq bütün qurum və təşkilatlarla koordinasiyalı şəkildə lazımi tədbirlərin görülməsinə davam edildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr