Mövlud Çavuşoğlu: ‘‘Rusiya vә Ukrayna liderlәrinin görüşü gündәmdәdir’’

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna danışıqlarından sonra mәtbuat nümayәndәlәrinә bәyanatlar verib.

1803859
Mövlud Çavuşoğlu: ‘‘Rusiya vә Ukrayna liderlәrinin görüşü gündәmdәdir’’

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna danışıqlarından sonra mәtbuat nümayәndәlәrinә bәyanatlar verib.

‘‘Müzakirәlәrin başından bәri bu, ən məhsuldar görüş oldu. Bu gün Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündə bəzi mövzularda müəyyən razılıqlar əldə olundu. Əvvəlcə xarici işlər nazirləri, sonra isə Rusiya vә Ukrayna liderlәrinin görüşü gündәmdәdir” , -deyә Türkiyәnin xarici işlәr naziri vurğulayıb.

Mövlud Çavuşoğlu  danışıqlarda humanitar yardım vә humanitar dәhlizlәrin açılması mәsәlәlәrini dә müzakirә etdiklәrini deyib.

Çavuşoğlu deyib: ‘‘Bu günәdәk 16 min 500-dәn çox vәtәndaşımızı Ukraynadan tәxliyyә etdik’’.

Mövlud Çavuşoğlu həm Türkiyə vətəndaşlarının, həm də üçüncü ölkə vətəndaşlarının təxliyəsi üçün tərəflər və beynəlxalq təşkilatlarla koordinasiyalı işlərin aparıldığını bildirib.

‘‘Bölgәdә qapalı qalan gәmilәrimizin bölgәdәn çıxarılması mәsәlәsi dә gündәmә gәlib.Bu gün baş tutan görüş tərəflərin Türkiyəyə olan etimadının göstəricisidir. Bizə göstərilən etimadın və məsuliyyətimizin fərqindəyik. Axan qanı dayandırmaq, atəşkəsin tәmin edilmәsi və davamlı sülhün әldә olunması üçün beynəlxalq ictimaiyyətlə koordinasiyalı şəkildə səylərimizi davam etdirəcəyik”,-deyә Mövlud Çavuşoğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr