Çavuşoğlu və Kuleba arasında telefon danışığı olub

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.

1803039
Çavuşoğlu və Kuleba arasında telefon danışığı olub

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.

Türkiyə Rusiya ilə Ukrayna arasındakı böhrana son qoyulması üçün diplomatik səylərini fasiləsiz davam etdirir.

Müharibə davam edərkən, bu dəfə İstanbulda danışıqlar üçün sülh masası qurulacaq.

Bu hadisələr davam edərkən, nazir Çavuşoğlu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb.

Nazirlikdən verilən yazılı açıqlamada "Xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb. Telefon danışığında Ukraynadakı son vəziyyət, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçiriləcək danışıqlar müzakirə edilib" - deyilib.

Xatırladaq ki, fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma başlayıb, daha sonra tərəflər dəfələrlə danışıqlar masasına oturublar.



Әlaqәli Xәbәrlәr