Türkiyə prezidenti NATO toplantısı üçün Brüsselə yola düşdü

Məlumatı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti yayıb

1800902
Türkiyə prezidenti NATO toplantısı üçün Brüsselə yola düşdü

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının fövqəladə Zirvə toplantısında iştirak etmək üçün Brüsselə yola düşüb. Məlumatı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti yayıb.

  Bildirilib ki, Ukrayna böhranı ilə əlaqədar təşkil ediləcək NATO toplantısı çərçivəsində Türkiyə prezidenti bir sıra dövlət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Brüssel səfərində dövlət və hökumət nümayəndələri, eləcə də digər şəxslərdən ibarət geniş tərkibli rəsmi heyət müşayiət edir.



Әlaqәli Xәbәrlәr