Ərdoğan: "Müttəfiqlərimizdən də eyni həmrəyliyi gözləyirik"

Prezident Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra mətbuat konfransı keçirib.

1801523
Ərdoğan: "Müttəfiqlərimizdən də eyni həmrəyliyi gözləyirik"

Prezident Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra mətbuat konfransı keçirib.
Ərdoğan "Başda Avropa ölkələri olmaqla hər kəs qapısına gələn qaçqınlara dəstək olmalı və onların problemlərini yüngülləşdirmək üçün məsuliyyət daşımalıdır" deyib.

Ərdoğan bildirib ki, NATO hazırkı müharibə şəraitində Ukraynaya siyasi və praktiki dəstəyini davam etdirərək realist və strateji yanaşma ilə hərəkət etməlidir.

Türkiyənin müttəfiqlik həmrəyliyinə əsaslanan NATO-nun çəkindirmə və müdafiə tədbirlərinə töhfə verməyə davam edəcəyini vurğulayan Ərdoğan deyib:

“Biz müttəfiqlərimizdən də eyni həmrəyliyi gözləyirik".

Ərdoğan bildirib ki, Türkiyənin müdafiə sənayesi məhsullarının uğurları göz qabağında olsa da, Türkiyənin bu sahədə üzləşdiyi maneələrin heç bir ağlabatan səbəbi ola bilməz.

Prezident Ərdoğan “Bəzi müttəfiqlərimiz tərəfindən müdafiə sənayemizə qoyulan məhdudiyyətlərin indi aradan qaldırılması ümumi maraqlarımıza uyğundur. Müttəfiqlər arasında nəinki gizli və açıq sanksiyalar həyata keçirilmək, gündəmdə belə olmamalıdır. Bu mövzuda gözləntilərimizi liderlərlə bölüşdüm Bu məqamda qlobal təhlükəsizlik əsaslarında, xüsusilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında ciddi şəkildə islahatlar aparılmalıdır” deyib.
Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vlodomir Zelenski ilə danışıqları davam etdirəcəklərini vurğulayan Ərdoğan deyib:

“İki lideri bir araya gətirərək sülh mühiti yaratmaq üçün səylərimizi davam etdirirk. Hesab edirik ki, yekun həll yolu Rusiya, Ukrayna və beynəlxalq ictimaiyyət tərəfindən qəbul ediləcək əsaslar istiqamətində olmalıdır”.



Әlaqәli Xәbәrlәr