Prezident Rəcəb Tayyib Ərdoğan Belçikaya səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçılarının fövqəladə zirvə toplantısında iştirak etmək üçün martın 23-24-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

1800266

Türkiyə Prezidenti administrasiyanın İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi sammitdə NATO-nun çəkindirmə və müdafiə strukturunun gücləndirilməsinə dair tədbirlər nəzərdən keçiriləcək.

Zirvə toplantısında iyun ayında keçirilməsi planlaşdırılan Madrid Zirvəsinə qədərki prosesdə alyansın gələcəyini formalaşdırmaq üçün atılacaq addımlar və alınacaq qərarlar ətrafında fikir mübadiləsi aparılacaq.

Prezident Ərdoğanın sammit çərçivəsində bəzi iştirakçı dövlət və hökumət başçıları ilə də danışıqlar aparması planlaşdırılır.

Әlaqәli Xәbәrlәr