Türkiyә XİN Krımla bağlı bәyanat yayıb

Krımın Rusiya tərəfindən qanunsuz ilhaqının 8-ci ildönümü münasibətilə Türkiyə strateji tərəfdaşı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə olab dəstəyini  bir daha vurğulayıb.

1796909

Xarici İşlər Nazirliyindən verilən açıqlamada 2014-cü il martın 16-da keçirilən qeyri-legitim referendumla Ukraynanın tərkibindəki Krım Muxtar Respublikasının Rusiya Federasiyası tәrәfindәn  ilhaq edildiyi xatırladılıb.

Beynəlxalq hüquqa zidd olan bu addımın  Türkiyə və beynəlxalq ictimaiyyət tərəfindən tanınmadığı vurğulanıb.

Bәyanatda bu ifadәlәrә yer verilib: "Krımdakı hadisələri, xüsusilə də Krım tatar türklərinin vəziyyətini yaxından izləməyə davam edəcəyik. Türkiyə bu münasibətlə strateji tərəfdaşı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə olan dəstəyini bir daha vurğulayır’’.

Әlaqәli Xәbәrlәr