İstanbulda Avropa Regional Miqrasiya və Səhiyyə Toplantısı

Türkiyə Səhiyyə Nazirliyindən verilən məlumata görə...

1796886
İstanbulda Avropa Regional Miqrasiya və Səhiyyə Toplantısı

 

  İstanbulda 17 və 18 mart tarixlərində Avropa Regional Miqrasiya və Səhiyyə Yüksək Səviyyəli Toplantısı keçirilir.

  Türkiyə Səhiyyə Nazirliyindən verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təşkil edilən toplantıda ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluge, Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Marqaritis Şinas, Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca, eləcə də bir çox ölkədən səhiyyə nazirləri və müavinləri iştirak edir.

  Yığıncaqda Bosniya Herseqovina, Qırğızıstan, San Marino, Litva, Serbiya, Bolqarıstan, Tunis, Moldova, Livan, Rumıniya, Almaniya, İtaliya, Azərbaycan və Polşanın səhiyyə nazirləri, Liviya baş nazirinin müavini, Latviya dövlət katibi, Serbiya və Gürcüstan səhiyyə nazirlərinin müavinləri ilə də daxil olmaqla ümumilikdə 55 ölkədən nümayəndələr var.



Әlaqәli Xәbәrlәr