Türkiyə və Türkmənistan prezidentlərinin telefon danışığı olub

Prezident Ərdoğan Türkmənistan Prezidenti Berdiməhəmmədovla telefon danışığı aparıb.

1796111
Türkiyə və Türkmənistan prezidentlərinin telefon danışığı olub

Prezident Ərdoğan Türkmənistan Prezidenti Berdiməhəmmədovla telefon danışığı aparıb. 
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional məsələlər müzakirə edilib.
Dövlət başçısı Ərdoğan Türkmənistanda prezident seçkilərinin nəticələrinin xeyirli olmasını arzulayıb və Sərdar Berdiməhəmmədova Türkmənistanın yeni prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Türkmənistan Prezidenti Qurbankqulu Berdiməhəmmədovun rəhbərliyi ilə nümunəvi inkişaf addımı atan ölkənin əldə etdiyi nailiyyətləri daha da irəli aparacağına inandığını deyən  Ərdoğan gücünü ortaq tarix və mədəniyyətdən götürən iki ölkə arasındakı münasibətlərin yeni dövrdə güclənməyə davam edəcəyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr