Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir

Rusiyanın Ukraynaya hücumları 19-cu gününə daxil olarkən ölkədəki Türkiyə vətəndaşlarının təxliyəsi davam edir.

1795109
Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir

Rusiyanın Ukraynaya hücumları 19-cu gününə daxil olarkən ölkədəki Türkiyə vətəndaşlarının təxliyəsi davam edir.

Xüsusən də Ukraynada münaqişələrin qızğın olduğu bölgələrdən Lvivə gedən Türkiyə vətəndaşları Xarici İşlər Nazirliyinin hazır gözlədilən avtobuslara minərək quru yolu ilə Türkiyəyə gətirilir.

Rusiyanın hücumlarından xilas olan və təxliyə avtobuslarına çatan vətəndaşlar böyük xoşbəxtlik yaşayırlar.

Münaqişələrin ən qızğın olduğu bölgələrdən biri olan Donetski tərk edən Türkiyə vətəndaşı qadının təxliyə olunmaq üçün Lvivə gəldiyi bildirilib.

"Bizim qayğımıza qaldınız və buraya gətirdiniz. Heç düşünmədim ki, biz oradan çıxacağıq"-deyə o bildirib.



Әlaqәli Xәbәrlәr