Almaniya kanslerinin Türkiyəyə səfəri başladı

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Almaniya Federativ Respublikasının yeni kansleri Olaf Şolts martın 14-də Türkiyəyə gəldi.

1795246
Almaniya kanslerinin Türkiyəyə səfəri başladı

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Almaniya Federativ Respublikasının yeni kansleri Olaf Şolts martın 14-də Türkiyəyə gəldi. 

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Bildirilib ki, Olaf Şoltsun kansler seçildikdən sonra Türkiyəyə reallaşdırdığı bu ilk rəsmi səfər zamanı iki ölkə arasında münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Bununla yanaşı, digər aktual regional və beynəlxalq problemlər, xüsusilə Rusiya-Ukrayna böhranı, Türkiyə-Avropa İttifaqı münasibətləri kimi bir çox mövzular ətrafında fikir mübadiləsinin aparılacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr