Türkiyə Ukraynadakı səfirliyini başqa şəhərə köçürəcək

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri Tanju Bilgiç bildirib

1794631
Türkiyə Ukraynadakı səfirliyini başqa şəhərə köçürəcək

 

  Türkiyənin Ukraynadakı səfirliyi təhlükəsizlik tədbirləri çərçivəsində paytaxt Kiyevdən köçürüləcək. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri Tanju Bilgiç bildirib. O deyib ki, diplomatik nümayəndəliyin əməkdaşları Kiyevdən təxliyə edilib.

  Qeyd olunub ki, səfirliyin Ukraynanın Çernovtsı vilayətinə köçürülməsi işləri artıq başlayıb.

 



Әlaqәli Xәbәrlәr