Rәcәb Tayyib Әrdoğanla Co Bayden Ukraynadakı vәziyyәti müzakirә ediblәr

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden arasında telefon danışığı olub.

1793512
Rәcәb Tayyib Әrdoğanla Co Bayden Ukraynadakı vәziyyәti müzakirә ediblәr

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden arasında telefon danışığı olub.

Bu barәdә Türkiyә Prezidenti Administrasiyasının Kommunikasiya İdarәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, görüşdә Rusiyanın Ukraynaya hücumu daxil olmaqla regional proseslәr vә Türkiyә ilә ABŞ arasındakı münasibәtlәr müzakirә olunub.

Türkiyә prezidenti söhbәt zamanı Rusiya ilә Ukrayna arasında siyasi hәllә nail olmaq üçün sәylәr göstәrdiklәrini bildirib. Әrdoğan böhranın dәrinlәşmә ehtimalına qarşı Türkiyәnin tәrәflәr arasında vasitәçi olmasının vacibliyini vurğulayıb.

Rәcәb Tayyib Әrdoğan Antalyada Rusiya vә Ukrayna xarici işlәr nazirlәri arasında keçirilәn görüşü diplomatiyanın qәlәbәsi adlandırıb. Әrdoğan hәmçinin bildirib ki, müdafiә sәnayesi sahәsindә Türkiyәyә qarşı tәtbiq edilәn bütün haqsız sanksiyaların aradan qaldırılmasının vaxtı çoxdan gәlib.

Ağ Evin sözçüsü Psaki isә Әrdoğan ilә Bayden arasında konstruktiv görüşün keçirildiyini bildirib. Psaki Baydenin Türkiyәnin bu gün göstәrdiyi diplomatik sәylәri alqışladığını deyib.



Әlaqәli Xәbәrlәr