Rәcәb Tayyib Әrdoğan Ukrayna ilә Rusiya arasındakı müharibәni qiymәtlәndirib

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya xalqına, ədəbiyyatına vә sәnәtçilәrinә qarşı tәtbiq edilәn sanksiyalara reaksiya göstәrib.

1792558
Rәcәb Tayyib Әrdoğan Ukrayna ilә Rusiya arasındakı müharibәni qiymәtlәndirib

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya xalqına, ədəbiyyatına vә sәnәtçilәrinә qarşı tәtbiq edilәn sanksiyalara reaksiya göstәrib.

Ədalət və İnkişaf Partiyasının sədri vә Türkiyә prezidenti Rәcәb Tayyib  Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindә keçirilәn  qrup toplantısında çıxış edib.

Ərdoğan çıxışında Rusiya-Ukrayna müharibəsinə toxunub. Rəcəb Tayyib Ərdoğan məzlumları dininə, mənşəyinə və dəri rənginə görə ayıran zehniyyətin insanlıq və mәdәniyyәtlә heç bir əlaqəsi olmadığını bildirib.

‘‘Rusiya xalqına, әdәbiyyatına, tәlәbәlәrinә vә sәnәtçilәrinә qarşı sanksiyaları qәbul etmirik. Almaniya filarmonik orkesrin dirijorunu Vladimir Putinin dostu olduğu üçün işdәn kәnarlaşdırıblar. Digәr tәrәfdәn Dostoyevskininn əsərlərinə İtaliyada, fərqli ölkələrdə qadağa qoyulur.Bu əsrdə bunları görmək bizi məyus edir. Bu faşist tətbiqlər Ukrayna xalqının mübarizəsinə də kölgə salır'',- Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə olaraq ilk gündən soyuqqanlı davranaraq prinsipial vә vicdanlı mövqe nümayiş etdirdiklәrini deyәn Rәcәb Tayyib Әrdoğan  bildirib ki, ölkəmizə sığınanlara qucaq açdıq, ayrı-seçkilik etmədik.

Rusiya ilə Ukrayna arasındakı müharibәyә görә narahatlığını ifadә edәn  Әrdoğan deyib:"Müharibənin qalibi yoxdur".



Әlaqәli Xәbәrlәr