Prezident Ərdoğan Moldova prezidenti ilə Rusiya-Ukrayna böhranını danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Moldova Prezidenti Maia Sandu ilə telefon danışığı aparıb.

1791370
Prezident Ərdoğan Moldova prezidenti ilə Rusiya-Ukrayna böhranını danışıb

Prezident administrasiyasının kammunikasiya idarəsindən bu barədə məlumat yayılıb. Bildirilib ki, iki lider 24 Fevralda Rusiyanın Ukraynaya başlatdığı hərbi müdaxilə ilə əlaqəli cərəyan edən proseslər, humanitar yardım və evakuasiya məsələləri  ətrafında danışıb. Prezident Ərdoğan Türkiyənin Rusiya  ilə  Ukrayna arasında sülhün bərpası uğrunda lazımlı addımları atmaqda davam etdiyini, bu çərçivədə Ukrayna və Rusiya XİN rəhbərlərinin cümə axşamı Antalyada Türkiyə Xarici İşlər Nazirliyinin də iştirakı ilə bir araya gələcəklərini, bunun sülhə uzanan yolda əhəmiyyətli addım olacağına inandığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr