Çavuşoğlu Rusiya və Ukrayna XİN-ləri ilə  görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

1790707
Çavuşoğlu Rusiya və Ukrayna XİN-ləri ilə  görüşüb

TRT xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat yayılıb. Bildirilib ki, Çavuşoğlu-Lavrov görüşündə Ukrayna ilə Rusiya arasında davam edən müharibəyə son qoyulması mövzusu  müzakirə edilib və prezident Rəcəb Tayyib Ərdoğanın dünən Rusiya prezidenti Vladimir Putinlə danışdığı məsələlərin izlənilməsinə diqqət çəkilib. Çavuşoğlu-Kuleba görüşündə isə Ukraynada cərəyan edən son proseslər dəyərləndirilib.

Qeyd edək ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya  hərbi müdaxiləyə başlayıb.



Әlaqәli Xәbәrlәr