Mövlud Çavuşoğlu Ukraynanın Türkiyәdәki sәfiri ilә görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Ukraynanın Türkiyәdәki sәfiri Vasil Bodnar ilә görüşüb.

1789238
Mövlud Çavuşoğlu Ukraynanın Türkiyәdәki sәfiri ilә görüşüb

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Ukraynanın Türkiyәdәki sәfiri Vasil Bodnar ilә görüşüb.

Bu barәdә Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib. Mövlud Çavuşoğlu Vasil Bodnar ilә  Xarici İşlәr Nazirliyindә görüşdüyünü bildirib.

Türkiyәnin xarici işlәr naziri paylaşımında bu ifadәlәrә yer verib: ‘‘Ukraynanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik. Vətəndaşlarımızın təxliyyə prosesinə verdiyi dəstəyə görə Ukrayna orqanlarına təşəkkür edirəm’’.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr