Türkiyə Rusiyaya qarşı sanksiya tətbiqini nəzərdə tutmur

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Rusiyaya qarşı sanksiya qərarlarını bir-bir tədqiq etdiyini bildirib.

1788095
Türkiyə Rusiyaya qarşı sanksiya tətbiqini nəzərdə tutmur

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Rusiyaya qarşı sanksiya qərarlarını bir-bir tədqiq etdiyini bildirərək, "Biz ümumiyyətlə, prinsipial olaraq belə sanksiyalarda iştirak etməmişik. Bu sanksiyalarda da iştirak etməyə meylli deyilik" deyib.

Mövlud Çavuşoğlu özəl tele kanallardan birində canlı yayımda Rusiya-Ukrayna müharibəsi və 24 fevraldan bəri davam edən gündəmlə bağlı sualları cavablandırıb.

Nazir Çavuşoğlu bəyan edib ki, Türkiyəyə Rusiyaya qarşı sanksiyalarda iştirak etmək üçün heç bir tələb və ya təzyiq yoxdur. Bunların Türkiyə iqtisadiyyatına təsiri nədir, enerji təchizatı təhlükəsizliyinə, o cümlədən hava məkanına təsiri necə olacaq. Türkiyə ümumiyyətlə, prinsipcə belə sanksiyalarda iştirak etməyib. Bu sanksiyalarda iştirak etməyə meyl yoxdur.

Rusiyaya qarşı heç bir sanksiya nəzərdə tutulmadığını bildirən başqa bir şəxs isə Prezidentin sözçüsü İbrahim Kalın olub.

"Rusiya ilə danışa bilən aktyor olmalıdır. Hamı körpüləri yıxanda Rusiya ilə kim danışacaq? Biz bu kanalı açıq saxlamaq üçün sanksiya paketi planlaşdırmırıq"-deyə Kalın qeyd edib. 

İbrahim Kalın da özəl telekanallardan birinə gündəmi dəyərləndirib.

Kalın Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlarda atəşkəsə ümid etdiklərini bildirib.

İ. Kalın “Rusiyanın qeyri-real tələbləri var. Krımın tanınması, Ukraynanın tərksilah edilməsi kimi. Fikrimizcə, bunlar məqbul tələblər deyil. Bizim diqqətimiz bu müharibənin sona çatması, danışıqlar masası arxasında atəşkəsin əldə olunması və humanitar dəhlizin yaradılmasıdır" deyib.

Kalın qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin əsas məqsədi Qərblə daha böyük sövdələşmə etməkdir:

“Biz burada Rusiya ilə körpüləri yıxmadan, Ukraynanı da dəstəkləməklə və Qərblə əlaqə saxlamaqla davam edirik. Ölkəmizin prioritetlərini nəzərə alaraq hərəkət etməliyik. Rusiya ilə danışa bilən aktyor olmalıdır. Hamı körpüləri yıxanda Rusiya ilə kim danışacaq? Bu kanalı açıq saxlamaq üçün sanksiyalar paketi planlaşdırmırıq”.



Әlaqәli Xәbәrlәr