Türkiyə Qızıl Aypara pioner komandası Ukraynaya çatdı

Türkiyə Qızıl Aypara Cəmiyyətindən verilən məlumata görə...

1787180
Türkiyə Qızıl Aypara pioner komandası Ukraynaya çatdı

 

  Rusiyanın hücumuna görə Ukraynaya humanitar yardım gətirən Türkiyə Qızıl Aypara pioner komandası ölkənin cənub-qərb sərhədinə çatıb.

  Türkiyə Qızıl Aypara Cəmiyyətindən verilən məlumata görə, Rusiyanın hücumu nəticəsində Ukraynada zərərçəkənlər üçün hərəkətə keçən Türkiyə Qızıl Aypara öncül qrupu Rumıniyanın Siret sərhəd keçid məntəqəsində Ukraynadan təxliyə işlərini müşahidə edir və bölgədəki Qırmızı Xaç qrupları ilə koordinasiyalı fəaliyyətini sürdürür.

  Ukrayna sərhədinə çatan Türkiyə Qızıl Aypara Cəmiyyətinin pioner komandası sığınacaq materialları, anbar çadırları, təcili yardım və gigiyena materiallarından ibarət 5 yük maşını (TIR) dolusu humanitar yardım və səyyar ərzaq maşınını Ukraynanın Çernivtsi şəhərinə aparacaq.

  Ukraynadan Türkiyəyə avtomobil yolu ilə aparılan vətəndaşlara da Həmzəbəyli və Kapıkule sərhəd qapılarında qida dəstəyi verən Türkiyə Qızıl Aypara Cəmiyyəti Ukraynaya yeni yardım göndərilməsini planlaşdırır.



Әlaqәli Xәbәrlәr