Ərdoğan və Zelenski arasında telefon danışığı olub

Prezident Ərdoğanın Ukrayna prezidenti Zelenski ilə telefon danışığında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və son hadisələr müzakirə edilib.

1786069
Ərdoğan və Zelenski arasında telefon danışığı olub

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, prezident Ərdoğanın Ukrayna prezidenti Zelenski ilə telefon danışığında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və son hadisələr müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Rusiyanın hücumunda həyatını itirən Ukrayna vətəndaşlarına başsağlığı verib, yaralananlara şəfa diləyib.

Prezident Ərdoğan telefon danışığında Ukraynanın daha çox zərər görməməsi ümidi ilə dərhal atəşkəs elan edilməsi üçün səy göstərdiklərini bildirib.



Әlaqәli Xәbәrlәr