Türkiyənin Qızıl Aypara Cəmiyyəti Ukraynaya yardım göndərir

Türkiyənin Qızıl Aypara Cəmiyyəti Ukraynada təcili humanitar ehtiyaclar üçün bölgəyə humanitar yardım göndərəcək.

1785355
Türkiyənin Qızıl Aypara Cəmiyyəti Ukraynaya yardım göndərir

Türkiyənin Qızıl Aypara Cəmiyyəti Ukraynada təcili humanitar ehtiyaclar üçün bölgəyə humanitar yardım göndərəcək.

Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada yaranan humanitar ehtiyacların ödənilməsi üçün Ukrayna Qızıl Xaç Cəmiyyətinin Türkiyənin Qızıl Aypara Cəmiyyətindən dəstək istəyinə görə 210 kvadratmetrlik ümumi məqədli çadırlar, ailələrin yaşamaları üçün fəlakət çadırları kimi təcili humanitar yardımlar, yataqlar, ədyallar, uşaq yorğanları, və s. yardım materialları olan 3 yük maşını humanitar yardım materialının hazırlandığı bildirilib.

Açıqlamada qeyd olunub ki, sözügedən yardım karvanının bu gün Ukraynaya hərəkəti planlaşdırılır.

Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kınık sosial media hesabında paylaşım edib:

"Qırmızı Aypara komandamız anbar çadırları, evlərini tərk etmiş insanlar üçün təbii fəlakətdən qorunmaq üçün çadırlar və təxliyə edilən vətəndaşlarımıza dəstək olacaq səyyar iaşə vasitələri ilə bölgəyə hərəkət edir" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr