Hulusi Akar Ben Uolles ilə telefonla danışıb.

Milli müdafiə naziri Hulusi Akar İngiltərənin müdafiə naziri Ben Uolleslə telefonla danışıb.

1785509
Hulusi Akar Ben Uolles ilə telefonla danışıb.

Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin Ukraynaya humanitar yardım göstərməyə hazır olduğunu bəyan edib.

Rusiyanın Ukraynaya hücumundan sonra bir çox həmkarı ilə telefon diplomatiyasını davam etdirən Akar Ukraynanın müdafiə naziri Oleksii Reznikovla telefon danışığı aparıb.

Görüş zamanı Akar ukraynalı həmkarına Türkiyənin humanitar yardıma hazır olduğunu, sülh və əmin-amanlığın təmin olunması üçün üzərinə düşəni edəcəyini bildirib.

Nazir Akar fevralın 24-də də  Ukraynanın müdafiə naziri Reznikov ilə telefon danışığı keçirib və Ukraynadakı son hadisələri müzakirə edib.

Milli müdafiə naziri Hulusi Akar bu gün İngiltərənin müdafiə naziri Ben Uolleslə də telefonla danışıb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Ukraynadakı son hadisələr, ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.



Әlaqәli Xәbәrlәr