Türkiyə XİN: Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatı qəbuledilməzdir

Türkiyə Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatın qəbuledilməz olduğunu açıqlayıb.

1784618
Türkiyə XİN: Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatı qəbuledilməzdir

Türkiyə Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatın qəbuledilməz olduğunu açıqlayıb.

Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib:
"Bu hücum Minsk razılaşmalarını pozmaqla yanaşı, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və regionumuzun və dünyanın təhlükəsizliyinə ciddi təhdid yaradır.

Ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməli olduğuna inanan Türkiyə sərhədlərin silahla dəyişdirilməsinin əleyhinədir.

Rusiya Federasiyasını da bu ədalətsiz və qanunsuz hərəkəti mümkün qədər tez dayandırmağa çağırırıq.

Ukraynanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb.



Әlaqәli Xәbәrlәr