Türkiyə və Ermənistan qeyd-şərtsiz danışıqlar üçün razılığa gəldilər

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib...

1784665
Türkiyə və Ermənistan qeyd-şərtsiz danışıqlar üçün razılığa gəldilər

 

  Türkiyə və Ermənistan münasibətlərin qeyd-şərtsiz tam normallaşmasına yönəlmiş danışıqları davam etdirmək barədə razılığa gəldiklərini bir daha bəyan ediblər.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib: “Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi səfir Serdar Kılıç və Ermənistan respublikasının xüsusi nümayəndəsi Rubin Rubinyan 24 fevralda Avstriyanın paytaxtı Vyanada görüşüblər. Ortaq bəyanatda danışıqların yekun məqsədinin Moskvada keçirilən ilk görüşdə ifadə edildiyi kimi, Türkiyə ilə Ermənistan arasında tam normallaşmanı təmin etmək olduğu nəzərə çatdırılıb. Bu çərçivədə tərəflər atıla biləcək mümkün konkret addımlar barədə fikir mübadiləsi aparıb və prosesin qeyd-şərtsiz davam etdirilməsi ilə bağlı razılığa gəlinib”.

  Xatırladaq ki, bundan əvvəl Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi səfir S.Kılıç və Ermənistan respublikasının xüsusi nümayəndəsi R.Rubinyan yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada görüşərək iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmişdilər.  



Әlaqәli Xәbәrlәr