Türkiyə Burkina Fasoya başsağlığı verdi

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda yazılır...

1783221
Türkiyə Burkina Fasoya başsağlığı verdi

 

  Türkiyə Burkina Fasonun Poni əyalətindəki Qomqombiro qızıl mədənində fevralın 22-də baş verən partlayışda həyatını itirənlər üçün başsağlığı verib.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda yazılır: “Qomqombiro qızıl mədənində baş verən şiddətli partlayışda ən az 59 nəfərin həyatını itirdiyi və çox sayda yaralının olduğunu dərin hüznlə qarşıladıq. Həyatını itirənlərin yaxınlarına, dost və qardaş Burkina Faso xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”.

  Xatırladaq ki, Burkina-Fasonun cənub-qərbindəki Qomqombiro qızıl mədənində baş vermiş partlayış nəticəsində azı 59 adam ölüb, 100 nəfər yaralanıb. Gecə saatlarında baş verən partlayışa mədəndə yığılan qızılın təmizlənməsi üçün istifadə olunan kimyəvi maddələrin səbəb olduğu güman edilir.



Әlaqәli Xәbәrlәr