Türkiyә nümayәndә heyәti İsrail rәsmilәri ilә görüşüb

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın vә xarici işlәr nazirinin müavini Sedat Önalın rәhbәrlik etdiyi nümayәndә heyәti İsrail Prezident Aparatı vә Xarici İşlәr Nazirliyinin rәsmilәri ilә görüşüb.

1780683

Diplomatik mәnbәlәrin yaydığı mәlumata görә, İbrahim Kalın vә Sedat Önal İsrail xarici işlәr naziri Alon Uşpiz, İsrail Prezident Aparatının rәsmisi Eyal Şviki vә digәr rәsmi şәxslәrlә görüşüb.

Görüşlәrdә İsrail prezidenti İsaak Hersoqun Türkiyәyә gәlәn ay edәcәyi sәfәrin hazırlıqları, ikitәrәfli münasibәtlәr vә regional mövzular müzakirә olunub.

İsrail prezidenti İsaak Hersoqun iki ölkәnin rәsmilәri arasında baş tutan görüşә qatılaraq  Türkiyә nümayәndә heyәtinә  ‘‘xoş gәlmisiniz’’ dediyi bildirilib.

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın vә xarici işlәr nazirinin müavini Sedat Önal daha әvvәl dә Ramallahda Fәlәstin dövlәt başçısı Mahmud Abbas tәrәfindәn qәbul edilmişdi.

Әlaqәli Xәbәrlәr