Türkiyə nümayəndə heyəti Fələstin və İsraildə görüşlər keçirir

Prezident  administrasiyasının  sözçüsü  İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal Ramallahda səfərdə  olub.

1780068
Türkiyə nümayəndə heyəti Fələstin və İsraildə görüşlər keçirir

TRT-nin Diplomatik mənbələrə  istinad etdiyi  xəbərə  görə  Fələstinə səfər edən heyət Ramallahda Dövlət başçısı Mahmud  Abbasın qəbulunda olub. Türkiyə-Fələstin münasibətlərinin müzakirə olunduğu görüşdə Türkiyə Türkiyənin iki dövlətli həll çərçivəsində Fələstin xalqına dəstəyinin davam etdirəcəyi daha  bir dəfə  bildirilib.  

Türkiyə nümayəndə heyəti Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə də görüşüb. Türkiyənin Fələstindəki baş konsulu, Əhməd Rıza Dəmirərin də qatıldığı  görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə edilib.

Kalın və Önalın bu gün İsrail Xarici İşlər Nazirliyi və Rəyasət Heyətinin rəsmiləri ilə görüşü planlaşdırılır.

 



Әlaqәli Xәbәrlәr