Brüsseldә sәfәrdә olan Hulusi Akar bir sıra ölkәnin müdafiә naziri ilә görüşüb
Türkiyәnin milli müdafiә naziri Hulusi Akar NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәri toplantısı çәrçivәsindә bu gün keçirilәn növbәti iclasa qatılıb.
Türkiyәnin milli müdafiә naziri Hulusi Akar NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәri toplantısı çәrçivәsindә bu gün keçirilәn növbәti iclasa qatılıb.
Hulusi Akarı NATO-nun mәnzil-qәrargahında Türkiyәnin NATO-dakı daimi nümayәndәsi, sәfir Basat Öztürk vә digәr rәsmi şәxslәr qarşılayıblar.
Hulusi Akar NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәrinin toplantısı çәrçivәsindә Bolqarıstan müdafiә naziri Stefan Yaney, İspaniya müdafiә naziri Marqarita Robles vә Amerika Birlәşmiş Ştatlarının müdafiә naziri Lloyd Austin ilә ayaqüstü görüşüb.
Hulusi Akar Gürcüstan vә Ukrayna mövzusunda keçirilәn iclasdan sonra Hollandiya müdafiә naziri Ollongren ilә bir araya gәlib. Görüşdә ikitәrәfli vә regional müdafiә, tәhlükәsizlik ilә müdafiә sәnayesi sahәlәrindә әmәkdaşlıq mәsәlәlәri әtrafında fikir mübadilәsi aparılıb.
Hulusi Akar Türkiyә ilә Hollandiya arasındakı mövcud münasibәtlәrә diqqәt çәkәrәk iki ölkә arasındakı münasibәtlәrin irәli sәviyyәyә çatdırılmasının әhәmiyyәtini vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq