Türkiyə naziri Müdafiə Nazirləri Yığıncağında

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar NATO Müdafiə Nazirləri Yığıncağının ilk gün iclaslarına qatılıb

1779979
Türkiyə naziri Müdafiə Nazirləri Yığıncağında

 

  Türkiyənin Milli müdafiə naziri Hulusi Akar NATO Müdafiə Nazirləri Yığıncağının ilk gün iclaslarına qatılıb, ittifaqa üzv ölkələrin müdafiə nazirləri ilə birgə iclaslarda olub.

  H.Akar NATO-nun Belçikanın paytaxtı Brüsseldəki qərargahında Müdafiə Nazirləri Toplantısı çərçivəsində keçirilən iclaslarda iştirak edib.

  Əvvəlcə NATO Nüvə Planlaşdırma Qrupu sessiyasında iştirak edən türkiyəli nazir daha sonra Şimali Atlantika Şurasının (NAC) “Avropada təhlükəsizlik vəziyyəti və cayma-müdafiə” və “İş paylaşımı, resurslar və strateji konsepsiya” sessiyalarına qatılıb.

  Hulusi Akar iclaslardan sonra üzv ölkələrin müdafiə nazirlərinin iştirakı ilə ailə fotoşəkli çəkdirib.



Әlaqәli Xәbәrlәr