Türkiyə prezidentinin Birləşmiş Ərəb Əmirlikləri səfəri başlayır

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə...

1777702
Türkiyə prezidentinin Birləşmiş Ərəb Əmirlikləri səfəri başlayır

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-nin vəliəhdi Şeyx Məhəmməd ibn Zayed əl-Nəhyanın dəvəti ilə fevralın 14 və 15 tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edəcək.

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə BƏƏ arasında ikitərəfli münasibətlər bütün aspektlərdə dəyərləndiriləcək, əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.

  İkitərəfli əlaqələrlə yanaşı, sülh və sabitliyin bərqərar olması və qorunub saxlanılması anlayışı əsasında regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

  Səfər çərçivəsində ikitərəfli münasibətlərə mühüm töhfələr verəcək müqavilələr də imzalanacaq.

  Türkiyə prezidenti BƏƏ-də fevralın 15-də Türkiyə Milli Günləri çərçivəsində qeyd olunan “EXPO 2020 Dubai” Ümumdünya Sərgisində də iştirak edəcək və Türkiyənin sərgi sahəsinə baş çəkəcək.

 



Әlaqәli Xәbәrlәr