Türkiyә Somalidә törәdilәn terror aktlarını qınadı

Bu barәdә Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda bildirilib.

1776790
Türkiyә Somalidә törәdilәn terror aktlarını qınadı

Türkiyә Somalinin paytaxtı Moqadişo ilә Barave vә Bosaso şәhәrlәrindә törәdilәn terror aktlarını qınayıb.

Bu barәdә Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda bildirilib.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Somalinin Barave, Bosaso vә Moqadişo şәhәrlәrindә fevralın 9 ilә 10-da törәdilәn üç ayrı bombalı hücum nәticәsindә çox sayda adamın ölmәsi vә yaralanması ilә bağlı xәbәr bizi kәdәrlәndirib. Törәdilәn terror aktlarını şiddәtlә qınayırıq, dost vә qardaş Somali hökumәtinә vә xalqına başsağlığı veririk. Terror aktları nәticәsindә hәlak olanlara  rәhmәt, xәsarәt alanlara şәfa dilәyirik. Türkiyә terrorla mübarizә mәsәlәsindә Somalinin yanında olmağa davam edәcәk’’.



Әlaqәli Xәbәrlәr