Mövlud Çavuşoğlu Geir Pedersen ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen ilə Ankarada görüşüb.

1776102
Mövlud Çavuşoğlu Geir Pedersen ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen ilə Ankarada görüşüb.

Çavuşoğlu görüşlə bağlı "Twitter hesabında etdiyi paylaşımda “BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi ilə Suriyadakı Konstitusiya Komitəsi prosesi ilə bağlı son hadisələri müzakirə etdik” deyib.

Qeyd edək ki, Suriyadakı xaosa son qoymaq üçün siyasi həll axtarışında ən mühüm halqa Suriya Konstitusiya Komitəsinin iclaslarıdır.

30 oktyabr 2019-cu ildə 150 ​​üzvün iştirakı ilə başlayan və 1 noyabr 2019-cu ildə başa çatan açılış iclaslarından sonra Suriya Konstitusiya Komitəsinin “Kiçik Qrup” adlanan 45 nəfərlik redaksiya heyəti  2021-ci ilin oktyabrında BMT-nin Cenevrə ofisində danışıqların 6-cı turunu keçirdi. 

Görüşlərin altıncı raundundan sonra Pedersen “böyük məyusluğunu” dilə gətirib və ilk dəfə olaraq Əsəd rejiminin adını çəkərək onu ittiham edib.

Görüşlərin yeddinci turunun nə vaxt keçiriləcəyi isə məlum deyil.



Әlaqәli Xәbәrlәr