Prezident Ərdoğan: "Rusiya-Ukrayna böhranının sülh yolu ilə həllini arzulayıram"

Prezident Ərdoğan Trabzon şəhərində gənclərlə görüşüb.

1771910
Prezident Ərdoğan: "Rusiya-Ukrayna böhranının sülh yolu ilə həllini arzulayıram"

"Rusiya-Ukrayna böhranının sülh yolu ilə həllini arzulayıram".

Prezident Rəcəb Tayyib Ərdoğan bunu Trabzon şəhərində gənclərlə görüşündə deyib. 

Rusiya ilə Ukrayna arasındakı böhranı xatırladan Ərdoğan xarici siyasət strategiyası ilə bağlı suala cavab olaraq xarici siyasətdə məqsədin daha çox düşmən yetişdirmək deyil, dostluq etmək olduğunu vurğulayıb.

Bu ay Ukraynaya gedəcəyini və Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gələcəyini xatırladan prezident Rusiya ilə Ukrayna arasındakı böhranı dəyərləndirib.

"Bizim bütün dərdimiz Ukrayna ilə Rusiya arasındakı bu problemin həll etdilməsidir. Biz heç vaxt Rusiya ilə Ukrayna arasında belə bir müharibənin olmasını arzulamırıq. Bu, region üçün yaxşı əlamət deyil. Ümid edirəm ki, bunu da sülh yolu ilə həll edərik" deyib.



Әlaqәli Xәbәrlәr