İraq və Suriyanın şimalında əməliyyat həyata keçirilib

Türk silahlı  qüvvələri İraq və Suriyanın şimalında  terrorçuların baza kimi istifadə etdiyi Derik, Sincar və Karacak ərazilərində “Qış Qartalı” hava əməliyyatı həyata keçirib.

1771987
İraq və Suriyanın şimalında əməliyyat həyata keçirilib

 Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Qış Qartalı” hava əməliyyatının  PKK/KCK/YPG və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, İraq və Suriyanın şimalından xalqa və təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror hücumlarının qarşısının alınması, sərhəd təhlükəsizliyinin  bərpası  məqsədi ilə həyata keçirildiyi bildirilib.Nazirliyin  şərhində həmçinin qeyd edilib ki “Qış Qartalı əməliyyatında ölkəmizi, millətimizi və sərhəd təhlükəsizliyimizi təhdid edən terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, sursat anbarları və sözdə qərargah və təlim düşərgələri hədəfə alınıb. Əməliyyatın planlaşdırılması və icrasında mülki əhalinin həyat və əmlakının təhlükəsizliyi, ətraf mühitin mühafizəsi üçün maksimum həssaslıq nümayiş etdirilib. Əsasən yerli və milli sursatların istifadə olunduğu əməliyyatdan sonra bütün təyyarələrimiz sağ-salamat öz bazalarına qayıdıb. Soylu millətimizin qoynundan çıxan Türkiyə Silahlı Qüvvələri son terrorçu zərərsizləşdirilənə qədər terrora qarşı mübarizəni qətiyyət və əzmlə davam etdirəcək”- nazirliyin açıqlamasında  bildirilib.



Әlaqәli Xәbәrlәr