"Azərbaycan xəttindən aldığımız təbii qazla miqdarı artırdıq”, R.T.Ərdoğan

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaradakı Nazirlər Kabineti iclasından sonra etdiyi şərhdə bidirib

1771147
"Azərbaycan xəttindən aldığımız təbii qazla miqdarı artırdıq”, R.T.Ərdoğan

 

 

  "İranla Türkiyə arasında təbii qaz tədarükündə azalma oldu. Azərbaycan xəttindən aldığımız təbii qazla miqdarı artırdıq”, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaradakı Nazirlər Kabineti iclasından sonra etdiyi şərhdə bidirib.

   Gündəlikdə duran məsələlər, eləcə də inflyasiyaya qarşı tədbirlər və havaların mürəkkəb keçməsi ilə əlaqədar ölkədə enerji resurslarına artan tələbatın ödənilməsi istiqamətində atılan addımlar barədə ümumi məlumat verən dövlət başçısı əminliklə bildirib: “İranla Türkiyə arasındakı təbii qaz tədarükündə meydana gələn azalma ilə əlaqədar Azərbaycan xəttindən aldıq və miqdarı artırdıq. Hər səviyyədə cəhd edərək qəzanın aradan qaldırılması ilə bağlı İranla razılığa gəldik.  

  Türkiyə enerji təchizatında çoxşaxəliliyi bundan sonra da təmin edəcək. Mövcud problemlər qətiyyətlə həll olunacaq. 20 ildir bu ölkənin və bu millətin əsrlərdən qalan məsələlərini necə biz çözdüksə, bugünkü sıxıntıların öhdəsindən də yenə biz gələcəyik”.

  Qeyd edək ki, son günlər havaların şaxtalı keçməsi səbəbindən Türkiyədə enerjiyə olan tələbat artıb. Bundan başqa, İrandan idxal edilən qazın nəqlində yaranmış fasilə də müəyyən çətinliklərə səbəb olub. Hökumət əhaliyə ayrılan enerji təchizatında azaltmaya yol verməyib. Sənayenin təchizatı isə müəyyən limit qrafiki əsasında həyata keçirilib.

  Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, sənayeyə tətbiq olunan məhdudiyyət tədricən aradan qaldırılacaq.



Әlaqәli Xәbәrlәr