“Türkiyə və Maldiv arasında Qarışıq İqtisadi Komissiya qurulacaq”, M.Çavuşoğlu

Rəsmi səfəri çərçivəsində Maldiv Respublikasının paytaxtı Malada həmkarı Abdulla Şahidlə birgə təşkil edilən ortaq mətbuat konfransında iştirak edən Çavuşoğlu buradakı çıxışında deyib...

1770487
“Türkiyə və Maldiv arasında Qarışıq İqtisadi Komissiya qurulacaq”, M.Çavuşoğlu

 

  Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Maldiv arasında Qarışıq İqtisadi Komissiya qurulacağını bildirərək “Ticarət həcmimizi önümüzdəki iki il boyunca 100 milyon dollara çıxarmağı planlaşdırırıq, ondan sonra yeni hədəfləri ortaya qoya bilərik" dedi.

  Rəsmi səfəri çərçivəsində Maldiv Respublikasının paytaxtı Malada həmkarı Abdulla Şahidlə birgə təşkil edilən ortaq mətbuat konfransında iştirak edən Çavuşoğlu buradakı çıxışında deyib: “İqlim dəyişikliyi Türkiyə və Maldiv adalarının ortaq narahatlığıdır. Bu mövzuda ölkələrimiz bir əməkdaşlıq müqaviləsi imzaladı. Ümumiyyətlə, iki ölkə arasında imzalanan müqavilələrdən biri ticarət, digəri iqtisadi əməkdaşlıqla bağlıdır. Bu çərçivədə Qarışıq İqtisadi Komissiya qurulacaq. Adı çəkilən mexanizm iqtisadi əməkdaşlığımızı dərinləşdirmək və ikili ticarət həcmimizi artıra bilmək üçün son dərəcə faydalı olacaq.

  Ticarət həcmimiz 2021-ci ildə iki qat artdı. Yenə sərmayələrin artması üçün son dərəcə mühüm infrastruktur yaradacağıq. Türkiyə firmaları xüsusilə turizm sektoruna investisiya qoymağa maraqlıdır. Burada təcrübələrimizi paylaşa bilmək üçün Təhlükəsiz Turizm Sertifikatını təqdim etmək istəyirik. Bu, bizim üçün son dərəcə əhəmiyyətli bir təcrübədir. Ticarət həcmimizi önümüzdəki iki il boyunca 100 milyon dollara çıxarmaq niyyətindəyik.

  Türkiyə Hava Yolları Maldiv adalarının turizm sektorunda mühüm rol oynayır. Uçuş sayını həftədə 7-dən 11-ə çıxarılması planlaşdırılır. İstək çox olarsa, bu sıxlığın 11-dən 14-ə çıxarılma ehtimalı da var.

  Terrorizm və radikalizmlə mübarizə də Türkiyənin prioritetləri arasındadır. Bu mövzularda təcrübələrini Türkiyə Maldiv respublikası ilə paylaşmağa hazırdır.

  FETÖ ilə mübarizədə verdiyi dəstəyə görə də Maldivə təşəkkür edirik.”

  Öz növbəsindəki çıxışında Maldiv Xarici işlər naziri Abdulla Şahid deyib: “Bu səfər ikitərəfli əlaqələr baxımından son dərəcə əhəmiyyətlidir. Diplomatik əlaqələrin 1979-cu ildə qurulmasından üzü bəri Türkiyə Xarici işlər naziri Maldiv ölkəsinə 4-cü dəfə gəlir. İkili və çox tərəfli əlaqələrimizi genişləndirmək istəyirik. Bu əlaqə bölgəmizdə barış və təhlükəsizliyə töhfə verəcək."



Әlaqәli Xәbәrlәr