Türkiyə BƏƏ və Səudiyyə Ərəbistanına hücumları pisləyib

Türkiyə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanını hədəfə götürən terror aktlarını pisləyib.

1767378
Türkiyə BƏƏ və Səudiyyə Ərəbistanına hücumları pisləyib

Xarici İşlər Nazirliyinin bəyanatında: “ Türkiyə 24 Yanvarda Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında ballistik raketlər və pilotsuz uçuş aparatları ilə mülki hədəflərə qarşı törədilən terror aktını lənətləyir. Beynəlxalq hüququn pozulduğu mənasını verən bu cür hücumların dərhal dayandırılmasını istəyir”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2 nəfərin yaralandığı Cazan bölgəsinə ballistik raketlə hücumun Yəməndə husilər tərəfindən həyata keçirildiyini açıqlayıb. BƏƏ isə husilər tərəfindən atılan iki ballistik raketin hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyini, raket qalıqlarının paytaxt Əbu-Dabi ətrafında müxtəlif bölgələrə düşdüyünü, lakin can itkisinin olmadığını bildirib.



Әlaqәli Xәbәrlәr