Türkiyә İraqda törәdilәn hücumu qınadı

Türkiyә İraqın Diyala vilayәtindә terror tәşkilatı DEAŞ terrorçuları tәrәfindәn tәhlükәsizlik qüvvәlәrinә tәşkil edilәn hücumu qınadı.

1766578
Türkiyә İraqda törәdilәn hücumu qınadı

Türkiyә İraqın Diyala vilayәtindә terror tәşkilatı DEAŞ tәrәfindәn tәhlükәsizlik qüvvәlәrinә tәşkil edilәn hücumu qınadı.

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda deyilir: ‘‘Hücum zamanı İraq Silahlı Qüvvәlәrinә üzv çox sayda hәrbçinin hәlak olması vә yaralanması ilә bağlı xәbәr bizi kәdәrlәndirib. Törәdilәn xain hücumu qınayırıq. Terrorla mübarizә mәsәlәsindә dost vә qardaş İraqın yanında olduğumuzu bir daha vurğulayırıq. Hücum nәticәsindә hәyatını itirәnlәrә rәhmәt, xәsarәt alanlara şәfa, qardaş İraq xalqına vә hökumәtinә başsağlığı dilәyirik’’.

Qeyd edәk ki, İraqın şәrqindәki Diyala vilayәtinin Uzaym bölgәsindә terror tәşkilatı DEAŞ-ın törәtdiyi hücum nәticәsindә 11 İraq әsgәri hәyatını itirib.



Әlaqәli Xәbәrlәr