TBMM-dǝ tǝmsil olunan siyasi partiyalar Qazaxıstanla bağlı birgǝ bǝyanat yayımlayıb
Türkiyǝ Böyük Millǝt Mǝclisi Qazaxıstandakı zorakılığın pislǝnmǝsi haqqında bǝyannamǝ qǝbul edib.
Türkiyǝ Böyük Millǝt Mǝclisi Qazaxıstandakı zorakılığın pislǝnmǝsi haqqında bǝyannamǝ qǝbul edib.
Türkiyǝ Böyük Millǝt Mǝclisinin sǝdri Mustafa Şentop, Әdalǝt vǝ İnkişaf Partiyası, Cümhuriyyǝt Xalq Partiyası (CHP), Milliyǝtçı Hǝrǝkat Partiyası (MHP) vǝ İYİ Partiya Qazaxıstana dǝstǝk mesajı yayımlayıb.
Türkiyǝ Böyük Millǝt Mǝclisindǝ oxunan bǝyanatda qardaş Qazaxıstanda son günlǝrdǝ yaşanan hadisǝlǝrin narahatlıqla izlǝndiyi bildirilib.
Qazaxıstandakı sabitliyin vǝ ǝmin-amanlığın Türkiyǝdǝki sülh vǝ amin-amanlıq qǝdǝr ǝhǝmiyyǝtli olduğu vurğulanan bǝyanatda deyilir:
‘‘Qazaxıstanda vǝziyyǝtin nǝzarǝt altına alınmasından mǝmnunuq. Ölkǝdǝ yaşanan son hadisǝlǝr zamanı hǝyatını itirǝnlǝrǝ rǝhmǝt, ailǝlǝrinǝ başsağlığı, xǝsarǝt alanlara şǝfa dilǝyirik. Ölkǝdǝ törǝdilǝn zorakılığı pislǝyirik. Qazaxıstan rǝhbǝrliyinin rifah sǝviyyǝsinin yüksǝldilmǝsi ilǝ bağlı islahat planını dǝstǝklǝyirik. Qazi Mǝclisimiz 2016-cı ilin 15 iyul tarixindǝ hǝyata keçirilǝn xain çevriliş cǝhdi zamanı Qazaxıstan hakimiyyǝtinin nümayiş etdirdiyi hǝmrǝyliyi unudmayacaq. Müstǝqilliyinin ilk günündǝn etibarǝn Qazaxıstanın yanında olan Türkiyǝ bundan sonra da Qazaxıstandakı sülh vǝ sabitliyǝ hǝr növ dǝstǝyi vermǝyǝ davam edǝcǝk’’.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq