Ərdoğan: "Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə Qafqazda yeni dövrə keçmişik"

Prezident Rəcəb Tayyib Ərdoğan Çankaya köşkündə Avropa İttifaqı (Aİ) ölkələrinin Türkiyədə akkreditasiya olunmuş səfirlərinin toplantısında çıxış edib.

1762241
Ərdoğan: "Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə Qafqazda yeni dövrə keçmişik"

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə Qafqazda yeni dövrə keçmişik.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Çankaya köşkündə Avropa İttifaqı (Aİ) ölkələrinin Türkiyədə akkreditasiya olunmuş səfirlərinin toplantısındakı çıxışında deyib.

Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün proseslərə başladığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Atılan addımların gözlənilən nəticələri verməsi üçün Ermənistanın bölgədə yaranmış sülh fürsətini yaxşı dəyərləndirərək Azərbaycanla faydalı əlaqələr qurması mühüm əhəmiyyət kəsb edir”.

Çıxışında Türkiyə-Avropa İttifaqı münasibətlərinə də geniş yer ayıran Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici siyasətinin ayrı-ayrı istiqamətlərinə toxunub, qonşu dövlətlərlə münasibətlərindən danışıb və dünyadakı ikili standartların davam etməsindən təəssüfünü bildirib.

Mövcud böhranlar həll edilmədikcə, miqrasiya məsələsinə əsaslanan təzyiqi azaltmağın mümkün olmadığını vurğulayan Ərdoğan deyib:

“Aİ-dən miqrasiya ilə bağlı gözləntimiz bu sahədə yalnız ədalətli yük və məsuliyyətin bölüşdürülməsidir. Növbəti mərhələdə vizanın ləğvi və gömrük ittifaqı məsələlərində irəliləyiş əldə etməliyik”.

Prezident Ərdoğan Kıbrıs (Kipr) məsələsinə də toxunaraq deyib ki, “Rumlar özlərini adanın yeganə sahibi görən, Kıbrıs türklərini yox sayan zehniyyətdən xilas ola bilməyib. Təəssüf ki, Avropa İttifaqı kor-koranə şəkildə Rum tərəfinin sözçülüyünü etdiyi halda eyni coğrafiyanın ayrılmaz parçası olan Kıbrıs türklərinin haqq və hüquqlarını görməzdən gəldi. Kıbrıs məsələsinin adadakı reallıqlar əsasında bütün tərəflərin xeyrinə olacaq şəkildə həlli üçün Şimali Kıbrıs Türk Cümhuriyyəti ilə birgə çalışmağa davam edirik. Kıbrıs türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydə alınması həllin qarşısındakı maneələri qaldıracaq".

 



Әlaqәli Xәbәrlәr