PKK terror təşkilatına ağır zərbə endirilib

Türk silahlı qüvvələrinin separatçı terror təşkilatı PKK-ya qarşı həyata keçirdiyi   “Əren Qış əməliyyatında” 20 terrorçu zərərsizləşdirilib.

1761387
PKK terror təşkilatına ağır zərbə endirilib

TRT-nin  milli müdafiə  nazirliyinə  istinad etdiyi  xəbərə  görə “Əren Qış Əməliyyatları” qeyri-sabit hava şəraitinə  və  şaxtaya  baxmayaraq uğurla davam edir.  Bildirilir ki, əməliyyatın başladığı 7 noyabr 2021-ci il tarixindən bəri 1-i sağ, 19-u ölü olmaqla 20 terrorçu zərərsizləşdirilib. Onların arasında  axtarışda olan terrorçular siyahısında olanlar da var. Əməliyyatlar zamanı həmçinin terror təşkilatı  PKK-nın istifadə etdiyi 339 mağara, sığınacaq və anbar dağıdılıb.



Әlaqәli Xәbәrlәr