Türkiyə Nigeriyaya başsağlığı verdi

Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən verilən yazılı şərhdə bildirilir...

1759471
Türkiyə Nigeriyaya başsağlığı verdi

 

  Türkiyə Nigeriyanın Zamfara rayonunda edilən hücumlarda 100-dən çox vətəndaşın ölümü ilə əlaqədar başsağlığı verdi.

  Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən verilən yazılı şərhdə bildirilir: “Nigeriyanın şimal-qərbindəki Zamfarada təşkil edilən hücumlarda 100-dən artıq vətəndaşın həyatını itirməsindən dərindən kədərləndik. Bu mənfur hücumları kəskin şəkildə qınayırıq. Hücumlarda həyatını itirənlərin ailələri, dost və qardaş Nigeriya xalqı və hökumətinə içdən başsağlıqlarımızı veririk."

  Xatırladaq ki, Nigeriya yerli mətbuatının yazdığına görə, Zamfara rayonunda silahlı qrupların kəndlərə etdiyi basqınlarda 100-dən çox adam həyatını itirib.



Әlaqәli Xәbәrlәr