Türkiyədə Sarıqamış hərəkatının 107-ci ildönümü qeyd olunur

15 İyul Demokratiya Meydanına toplaşan izdiham 107 il əvvəl baş verən faciənin qurbanlarını ehtiramla anıb

1759272
Türkiyədə Sarıqamış hərəkatının 107-ci ildönümü qeyd olunur
sarikamis mesaleli yuruyus1.jpg
sarikamis mesaleli yuruyus.jpg

 

  Türkiyədə Sarıqamış şəhidlərinin xatirəsini yad etmək üçün anım yürüşü keçirilib. Qarsda hökumət nümayəndələri, yerli hakimiyyət orqanlarının rəhbərləri, eləcə də ölkənin müxtəlif bölgələrindən təşrif buyuran ziyarətçilər iştirak ediblər.

  15 İyul Demokratiya Meydanına toplaşan izdiham 107 il əvvəl baş verən faciənin qurbanlarını ehtiramla anıb.

  Bildirilir ki, təxminən on min nəfərlik izdiham Türkiyənin dövlət bayrağını dalğalandıraraq üç kilometr yürüş edib. Sonra yürüşçülər Yuxarı Sarıqamış Şəhidlər Xiyabanını ziyarət ediblər.

  Ölkə ərazisində Sarıqamış şəhidlərinin xatirəsi müxtəlif formalarda anılıb. Məscidlərdə şəhidlərin ruhuna dualar oxunub. “Qarı yorğan edənlər” şüarı altında şəhidlərin əziz xatirəsinə qardan heykəl düzəldilib. Bunun üçün Cıbıltəpə Xizək Mərkəzinə təxminən 200 yük maşını qar daşınıb.



Әlaqәli Xәbәrlәr