Terrorla mübarizə çərçivəsində daha 8 terrorçu zərərsizləşdirilib

Suriyanın "Sülh çeşməsi" əməliyyatı bölgəsində bölücü terror təşkilatı PKK/YPG üzvü 8 terrorçu zərərsizləşdirilib.

1758764
Terrorla mübarizə çərçivəsində daha 8 terrorçu zərərsizləşdirilib

Suriyanın "Sülh çeşməsi" əməliyyatı bölgəsində bölücü terror təşkilatı PKK/YPG üzvü 8 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin "Twitter" hesabından edilən paylaşımda terrorçuların "Sülh çeşməsi" əməliyyatı bölgəsinə hücuma cəhd etdiyi bildirilib.

Paylaşımda "Qəhrəman komandolarımız Suriyanın şimalında terrorçulara zərbələr endirməkdə davam edir. "Sülh çeşməsi" əməliyyatı bölgəsinə hücuma cəhd edən terrorçulara cavab verən qəhrəman əsgərlərimiz bölgədə daha 8 PKK/YPG terrorçusunu zərərsizləşdirib" deyilib.

Digər tərəfdən, Bitlis Polis Müdirliyi qruplarının inandırma səyləri nəticəsində terror təşkilatı PKK mənsubu bir terroçu təhlükəsizlik qüvvələrinə təslim olub.



Әlaqәli Xәbәrlәr