Mövlud Çavuşoğlu Efiopiyanın xarici işlər nazirilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Efiopiyanın xarici işlər naziri Deme Mekonnen arasında telefon danışığı baş tutub.

1758780
Mövlud Çavuşoğlu Efiopiyanın xarici işlər nazirilə görüşüb

TRT xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat yayılıb. Bildirilib ki, iki nazir arasında baş tutan telefon danışığında ikitərəfli əlaqələr və regionda cərəyan edən proseslər müzakirə olunub.

Xatırladaq ki, Efiopiyada Qiyamçı Tigray Xalq Azadlıq Cəbhəsinin (TPLF) 2020-ci ilin sonunda mərkəzi hökumət əleyhinə mübarizə başladması, ölkədə vətəndaş müharibəsini alovlandırdı. Ordu ilə üsyançılar arasında baş verən qarşıdurmalar səbəbindən yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qaldı. Minlərlə insan həyatını itirdi. Ordu paytaxt Əddis-Əbəbəyə nəzarəti ələ keçirməyə cəhd edən Qiyamçı Tigray Xalq Azadlıq Cəbhəsi mənsubu silahlıları 2021-ci ilin dekabrında həyata keçirdiyi əməliyyat nəticəsində geri oturdu.

 



Әlaqәli Xәbәrlәr