Rəcəb Tayyib Ərdoğanın Qazaxıstanla bağlı apardığı diplomatiya

Prezident Erdoğan Türk Dövlətləri Təşkilatının növbəti sədri olaraq Qazaxıstanda baş verən hadisələrlə bağlı təşkilata üzv ölkələrin liderləri ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.

1758455
Rəcəb Tayyib Ərdoğanın Qazaxıstanla bağlı apardığı diplomatiya

Prezident Recep Tayyip Erdoğan Türk Dövlətləri Təşkilatının növbəti sədri olaraq Qazaxıstanda baş verən hadisələrlə bağlı təşkilata üzv ölkələrin liderləri ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən verilən məlumata görə, Prezident Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstan Prezidenti Sadir Çaparov və Özbəkistan Prezidenti Şevket Mirziyoyev ilə telefon danışığı zamanı Qazaxıstandakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıb.

Ərdoğan Qazaxıstan Prezidenti Tokayevlə görüşündə dost və qardaş Qazaxıstanda baş verənləri yaxından izlədiyini bildirib, hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

Türkiyənin Qazaxıstanla həmrəy olduğunu ifadə edən Ərdoğan Türk Dövlətləri Təşkilatının da verdiyi bəyanatda Qazaxıstanı dəstəklədiyini vurğuladığını bildirib.

Qazaxıstanda yeni hökumətin ən qısa zamanda qurulacağına və gərginliyin qısa zamanda sona çatacağına ümid etdiyini ifadə edən Ərdoğan Qazaxıstan xalqının qarşılıqlı etimad və dialoq çərçivəsində problemlərin öhdəsindən gələcəyinə inandığını bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə lazım gələrsə, hər cür texniki bilik və təcrübəni paylaşmağa hazırdır.

Ərdoğan Azərbaycan Prezidenti Əliyev, Qırğızıstan Prezidenti Japarov və Özbəkistan Prezidenti Mirziyoyev ilə görüşlərində Qazaxıstanın sabitliyi və təhlükəsizliyinin bütün region, xüsusən də qonşuları üçün vacib olduğunu vurğulayıb və qardaş Qazaxıstanın bu çətinliklərin öhdəsindən dialoq yolu ilə gələcəyinə əmin olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr