Mövlud Çavuşoğlu keçirdiyi görüşlər barədə məlumat verib

Mövlud Çavuşoğlu Mustafa Elgelaib vəAbdurrezak Muxtarla görüşüb.

1757789
Mövlud Çavuşoğlu keçirdiyi görüşlər barədə məlumat verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyanın Ankaraya yeni təyin olunmuş səfiri Mustafa Elgelaib və Liviya Nümayəndələr Palatasının Türkiyə və Balkanlar üzrə müşaviri Abdurrezak Muxtarla görüşüb.

Çavuşoğlu bu barədə "Twitter" hesabından etdiyi paylaşımda bildirib.
Mövlud Çavuşoğlu Seneqalın daxili işlər naziri Antuan Feliks Abdoulaye Diome ilə də görüşüb.

Çavuşoğlu Ankarada baş tutan görüşlə bağlı "Twitter" hesabından etdiyi paylaşımda deyib: “Seneqalın daxili işlər naziri ilə ikitərəfli əməkdaşlığımızı, xüsusən də terrorla mübarizə və ticarət əlaqələrimizi müzakirə etdik”.



Әlaqәli Xәbәrlәr