Türkiyə Qazaxıstandakı etirazlara münasibət bildirdi

Xarici İşlər Nazirliyi Qazaxıstandakı etiraz aksiyalarına münasibət bildirib.

1757552
Türkiyə Qazaxıstandakı etirazlara münasibət bildirdi

Xarici İşlər Nazirliyi Qazaxıstandakı etiraz aksiyalarına münasibət bildirib.

Nazirliyin açıqlamasında bildirilib ki, Türkiyə Qazaxıstanda yanvarın 2-3-də başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyir.

Açıqlamada qeyd olunub ki, dost Qazaxıstanın sabitliyinə önəm veririk. Arzumuz qardaş qazax xalqının sülh və əmin-amanlığıdır. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gələcəyinə inanırıq. Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənir və olayların ən qısa müddətdə sakitləşəcəyinə ümid edirik. Hadisələrdə hüquq-mühafizə orqanları əməkdaşları daxil olmaqla yaralanan qazax qardaşlarımıza şəfa diləyirik.

 

 



Әlaqәli Xәbәrlәr