THY "Cənubun kraliça şəhəri"nə səfərlərə başladı

THY Mətbuat Xidmətindən verilən məlumata görə...

1757053
THY "Cənubun kraliça şəhəri"nə səfərlərə başladı

 

  Türkiyə Hava Yolları (THY) Filippinin Sebu (Cebu) şəhərinə tarifli səfərlərə başladı.

  THY Mətbuat Xidmətindən verilən məlumata görə, THY Filippinə ilk uçuşu 30 mart 2015-ci ildə paytaxt Manilaya 3 tezliklə icra edib. 2022-ci ilin 3 yanvarında isə THY Sebu şəhərinə başladığı səfərlə bu ölkədəki uçuş şəbəkəsini daha da genişləndirdi.

  Həftədə qarşılıqlı 3 uçuş reallaşdırılacaq yeni rota belədir: İstanbul Havalımanı (İST) – Manilya Ninoy Aquino Beynəlxalq Havalımanı (MNL) – Maktan-Sebu Beynəlxalq Havalımanı (CİB) xətti üzrərindən uçuş və eyni yolla geri dönüş.

  Filippinin qədim şəhərlərindən olan Sebu iqtisadi və mədəni əhəmiyyətinə görə "Cənubun kraliça şəhəri" adlanır. O həm də Filippinin ikinci ən böyük dəniz limanına ev sahibliyi edir.



Әlaqәli Xәbәrlәr